Avropa Şurasının Nazirlər Komitəsi bu azərbaycanlı məşhurların məsələsini müzakirəyə çıxarır

  • By admin
  • 08 Dekabr 2022 11:22

Avropa Şurasının Nazirlər Komitəsinin iclası işinə başlayıb.

Bu barədə Avropa Şurasından Gununsesi.info-ya verilən xəbərdə bildirilir ki, iclasda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyəti müzakirə olunacaq.

İclasda Azərbaycandan olan jurnalist Xədicə İsmayıl və insan haqları fəalı Anar Məmmədli ilə bağlı məsələ də gündəliyə daxil edilib.

Açıqlamada deyilir:

“XƏDİCƏ İSMAYILOVA AZƏRBAYCANA qarşı” (hökm 10 aprel 2019-cu ildə qüvvəyə minib).

Avropa Məhkəməsi ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüququnun pozulduğunu müəyyən edib.

“MƏMMƏDLİ AZƏRBAYCANA qarşı” (hökm 19.07.2018-ci il tarixində qanuni qüvvəyə minib). Avropa Məhkəməsi müəyyən edib ki, həbs və məhkəməyəqədər həbs ərizəçiləri seçkilərin monitorinqi sahəsində fəaliyyətlərinə və ya 5-ci maddə ilə birlikdə götürülmüş 18-ci maddəni pozaraq fəal ictimai və siyasi fəaliyyətlərinə görə cəzalandırmaq məqsədi daşıyır.

Şikayətçilər bildirir ki, qərarın təzminat hissəsi icra olunsa da digər addımlar atılmayıb.

 

Günay Təhməzova

Gununsesi.info