Avropa Şurasının rəhbəri və Moldova prezidenti Kiyevə gəlib

  • By admin
  • 21 Noyabr 2023 15:39

Avropa Şurasının prezidenti Şarl Mişel noyabrın 21-də Kiyevə gəlib.

Gununsesi.info xəbər verir ki, məlumata görə, siyasətçi Ukrayna paytaxtına qatarla gəlib.

Mişel sosial şəbəkələrdə Kiyev dəmir yolu vağzalından foto yayımlayıb. Avropa Şurasının rəhbəri yazıb: “Kiyevdə dostlar arasında qayıtmaq çox xoşdur”.

Bu gün səhər saatlarında Almaniyanın müdafiə naziri Boris Pistorius və Moldova prezidenti Maia Sandu Kiyevə gəlib.

Sandu Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə 2013-2014-cü illərdə Ləyaqət İnqilabı zamanı həlak olanların xatirəsini yad edib.

Gununsesi.info