İsveçli diplomatdan 3 400 dollar pul oğurlandı

  • By admin
  • 20 İyun 2018 19:26

 Hadisə Kiyevdə restoranların birində qeydə alınıb

Naməlum şəxslər isveçli diplomat, Avropa Şurasının Ukraynadakı ofisinin rəhbəri Morten Enberqin 3 400 dollarını oğurlayıb.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Kiyevdə restoranların birində qeydə alınıb.

Cibgirlər “Paul” adlı fransız restoranına gəlmiş Morten Enberqin çantasından 3 400 dollar oğurlayıblar.

Cinayətkarların tapılması məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarət kameralarında olan görüntüləri araşdırır.