Avropa tarixində bir ilk: Koronavirus xəstəsinə ağciyər köçürüldü

  • By admin
  • 26 May 2020 17:42
Avstriyanın paytaxtı Vyanada 45 yaşlı koronavirus xəstəsinə ağciyər köçürülüb.
Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, paytaxtdakı tibb mərkələrindən birində həyata keçirilən əməliyyat Avropanın tibb tarixinə qızıl hərflərlə yazılıb.
Ağciyər köçürülən qadının 8 həftədir koronavirusla mübarizə apardığı və ciyərlərinin çox zərər gördüyü söylənilib.
Tibb mərkəzi tərəfindən edilən açıqlamaya görə, 45 yaşlı xəstənin yaşamaq üçün əməliyyatdan başqa yolunun olmadığı və hazırda vəziyyətinin normal olduğu bildirilib.

Gununsesi.org