Avropa tarixində rekord isti

  • By admin
  • 12 Avqust 2021 09:15

Avropada havanın temperaturu rekord həddə çatıb.

Gununsesi.info xəbər verir ki, bu gün İtaliyanın Siciliya adasının Sirakuza şəhərində temperatur müsbət 48.8 dərəcəyə yüksəlib.

Qeyd edək ki, bu, Avropa tarixində rekord göstəricidir.

Məlumata görə, qitədə sonuncu dəfə havanın temperaturunda rekord göstərici 1977-ci ildə Afinada qeydə alınıb. Həmin vaxt 48 dərəcə isti olub.