Avropa üç Rusiya mediasına girişi qadağan edəcək

Avropa İttifaqında üç Rusiya KİV-nə giriş qadağan ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında bildirilir.

Bildirilir ki, məhdudiyyətlər “RİA Novosti”, “İzvestiya” və “Rossiyskaya qazeta” kimi KİV-lərə şamil olunacaq.

Onlar iyunun 25-dən fəaliyyətə başlayacaqlar.

Bundan əvvəl bazar ertəsi, iyunun 24-də Avropa İttifaqının Rusiyada 116 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq etdiyi məlum olub. Bu tədbirlər ölkəyə qarşı 14-cü sanksiyalar paketinə daxil edilib.

Yeni anti-Rusiya sanksiyalar paketinə həmçinin, Rusiyaya “Ukrayna mənşəli olmasından şübhələnilən” tarixi və mədəni sərvətlərin satışına qadağa da daxil edilib. Məhdudiyyətin onların idxalı, ixracı və transferinə də şamil ediləcəyi dəqiqləşdirilib.

 

 

Şəbnəm

Gununsesi.info