
Avropa Parlamenti Gürcüstan və Ukraynaya viza rejiminin sadələşdirilməsinə müsbət reaksiya versə də, Türkiyə ilə bağlı məsələni təxirə salıb.
Bu məsələ Ankara ilə Brüssel arasında razılaşmadan sonra müzakirə oluna bilər. Avropa Birliyi isə məsləyə oktyabr ayında baxmağı planlaşdırır.
Gununsesi.info “Hurriyet”-ə istinadən xəbər verir ki, Türkiyə ilə Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə aydınlıq ancaq oktyabrda keçiriləcək müzakirələrdən sonra gətiriləcək.
Avropa Parlamentinin komissiyası Gürcüstan, Ukrayna və Türkiyənin Avropa Birlyi ölkələri arasında viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə edib.
Müzakirlərin nəticəsi olaraq avropalı parlamentarilər Gürcüstan və Ukraynanın Avropa Birliyi ölkələri arasında viza rejiminin sadələşdirilməsini müsbət qarşılayaraq öz razılıqlarını veriblər.
Türkiyə ilə bağlı məsələyə gəldikdə avropalı parlamentarilər bu ölkə ilə AB-yə üzv ölkələr arasında viza rejiminin sadələşdirilməsinə öz etriazlarını bildiriblər.
Bu məsələ ancaq Ankara ilə Brüssel müzakirə etdikdən sonra nəsə demək olar.
Gununsesi.info