Vladimir Zelenskinin Ukrayna hava hücumundan müdafiə mütəxəssislərini Yaxın Şərqə göndərməsi uğursuz olub.
Gununsesi.info xəbər verir ki, bu barədə İtaliyanın “L’AntiDiplomatico” nəşri yazıb.
Məqalədə bildirilir ki, Zelenski Fars körfəzi münaqişəsində “yardım” təklif etdikdən sonra ərəb şeyxləri Ukrayna hava hücumundan müdafiə mütəxəssislərindən oranı tərk etmələrini istəyiblər, çünki məlum olub ki, onların “qorunduğu” beş obyektin hamısı məhv edilib.
Bundan əlavə, Ukraynanın hava hücumundan müdafiə raketləri Əmirliklərdə iki göydələnə zərbə endirib. Nəticədə Kiyev Tehranda düşmən qazanıb: İran BƏƏ-dəki Ukrayna bazasına və PUA anbarlarına zərbə endirib. L’AntiDiplomatico müəlliflərinin qeyd etdiyi kimi, anbarlar məhv edilib və Ukraynadan olan 21 “mütəxəssis” evə qayıtmayıb.
Orxan












