Avropada aviareyslərin yarısı ləngiyə bilər

  • By admin
  • 03 Aprel 2018 23:36

Avropanın uçuş idarəetmə sistemindəki nasazlıq bu gün üçün Avropadakı uçuşların təxminən yarısının ləngiməsinə səbəb ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Eurocontrol” hava naviqasiya operatoru açıqlama yayıb.

“Bu gün 29,5 min reys planlaşdırılır. Onların təxminən yarısı sistemdəki nasazlıq səbəbindən ləngiyə bilər”.

Şirkət günün sonuna qədər nasazlığı aradan qaldırmağa söz verib.

Gununsesi.info