Avropada kəskin soyuqlar 20 nəfərin ölümünə səbəb olub

  • By admin
  • 09 Yanvar 2017 17:32

qaryolbuz

Son günlər Avropada tüğyan edən kəskin soyuqlar 20 nəfərin ölümünə səbəb olub.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, adətən qışın daha yüngül keçdiyi Yunanıstan adalarında qar yağıb, Polşada soyuq hava mənfi 30 dərəcəyə çataraq 10 nəfərin həyatına son qoyub.

O cümlədən, İstanbulda üç gün qar yağıb, Bosfor boğazı bağlanıb, ölkənin ən böyük hava limanında bir çox reyslər təxirə salınıb. Bəzi ölkələrdə “sarı” və “narıncı” təhlükə kodu elan olunub.

Gununsesi.info