Avropada meymunçiçəyinə qarşı ilk vaksin təsdiqləndi

  • By admin
  • 25 İyul 2022 20:45

Avropa Komissiyası Danimarkanın “Bavarian Nordic” biotexnoloji şirkətinə meymunçiçəyinə qarşı vaksinin satılmasına razılıq verib.

Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İyulun 22-də Avropa Dərman Agentliyi “Imvanex” adlı peyvəndin istifadəsini tövsiyə edib. “Imvanex” ABŞ və Kanadada meymunun qarşısının alınması üçün təsdiq edilmiş ilk peyvənddir.

Vaksin Avropa İttifaqında əvvəllər çiçək xəstəliyini müalicə etmək üçün istifadə olunub. Vaksin İttifaqın bəzi ölkələrində meymunçiçəyi ilə mübarizədə qeyri-rəsmi istifadə olunurdu. İndi vaksinin Avropa Komissiyası tərəfindən təsdiq edilməsi şirkətin peyvəndləri bütün Avropa ölkələrinə satılmasına imkan verəcək.

İyulun 23-də ÜST-nin rəhbəri Tedros Qebreyesus bildirib ki, dünyada 16 mindən çox meymunçiçəyinə yoluxma aşkarlanıb.

Gununsesi.info