
Avropa İttifaqının Narkotiklərin Monitorinqi Agentliyi Avropa İttifaqında narkotik istehlakında narahatlıq doğuran tendensiyalar və ictimai sağlamlıq nəticələrinin artması barədə xəbərdarlıq edib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) Narkotiklərin Monitorinqi Agentliyi, Avropa Narkotiklər və Narkomaniyaya Nəzarət Mərkəzinin (EMCDDA) son hesabatında bu barədə yazılıb.
Çərşənbə axşamı yayımlanan hesabatı təqdim edən EMCDDA-nın direktoru Alexis Goosdeel qeyri-qanuni narkotik istifadəsinin təsirinin indi cəmiyyətin demək olar ki, hər bir hissəsində müşahidə olunduğunu bildirib: “Aİ ərazisində heç vaxt bu qədər çox narkotik aşkar edilməmiş və ya istehsal edilməmişdir”.
Hesabatda, keçən il AB-də 22 milyon insanın marixuana, 4 milyon insanın kokain və təxminən 3 milyon insanın xalq arasında “ekstazi” kimi tanınan MDMA həblərindən istifadə etdiyi bildirilib.
2024-cü il hesabatı göstərdi ki, 85,4 milyon insan həyatının müəyyən dövründə marixuanadan istifadə edib. 2022-ci il hesabatında isə bu rəqəm 78,6 milyon idi.
Həmçinin qeyd edilib ki, ən azı bir dəfə kokaindən istifadə edənlərin sayı 14,4 milyondan 15,4 milyona, MDMA-dan istifadə edənlərin sayı isə 10,6 milyondan 12,3 milyona yüksəlib.
Afət Abbasova
Gununsesi.info