“Avropada qaçqınlarla təhqiramiz davranılır…” - FUAD ƏLƏSGƏROV

  • By admin
  • 12 Oktyabr 2016 10:23

fuad-alasgarov

“Ermənistanın işğalına məruz qalan Azərbaycan ciddi miqrasiya problemi ilə üzləşib”.

HTML tutorial

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunu bu gün Bakıda MDB dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının açılışında çıxış edən Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F. Ələsgərov bildirib ki, işğal olunmuş ərazilərdə qanunsuz miqrasiya və narkotik dövriyyəsi həyata keçirilir: “Orta Şərqdə baş verən proseslər fonunda Avropada qaçqınlarla təhqiramiz davranılır. Avropa İttifaqında miqrasiya problemi ilə effektiv həll mexanizmi hələ tapılmayıb. Bir çox halda adi insan hüquqlarına əməl edilmir. Digər tərəfdən, miqrasiya böhranı fonunda Avropada irqçilik, dözümsüzlük artır. Miqrantların Azərbaycana da qanunsuz daxil olmaq cəhdləri var. Azərbaycan əlverişli geosiyasi məkanda yerləşir, sabit ölkədir, multikulturalizm hökm sürür”.

 Gununsesi.info