Avropada qazın qiyməti ucuzlaşdı

Avropada qazın qiyməti həftə ərzində təxminən 1000 dollar azalaraq min kubmetr üçün 2400 dollara düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə ICE “Futures” birjası məlumat yayıb.

HTML tutorial

Məlumata əsasən, Niderland TTF qovşağında oktyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 2,4 min dollara düşüb.

Qeyd edək ki, avqustun 25-də Avropada qazın qiyməti hər min kubmetr üçün 3.3 min dollar təşkil etmişdi.

Gununsesi.info