

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Mas gölünün yatağının dəyişdirilməsi nəticəsində Belçika ilə Hollandiyanın sərhədi yenidən çəkiləcək.
Lakin qəribəsi odur ki, dəyişdiriləcək ərazilər eyni ölçüdə deyil. Belə ki, 16 hektarlıq 2 ərazi verən Belçika Hollandiyadan cəmi 3 hektarlıq ərazi alacaq.
Onu da qeyd edək ki, Belçika 1830-cu ildə Hollandiyanın tabeliyindən çıxdıqdan sonra bu göl hər ili ölkə arasında sərhəd rolunu oynayırdı. Lakin 1961-ci ildə əlaqələri gücləndirmək üçün gölün bir hissəsi qurudulmuşdu. Nəticədə Belçikanın kiçik bir ərazisi Hollandiyada qalmışdı.
Hazırda Belçikanın bu torpağa nəzarət edə bilmədiyinə görə Hollandiyaya verəcəyi açıqlanıb. Yeni sərhədin 2018-ci ildə çəkiləcəyi planlaşdırılır.
Nigar Cəfərli
Gununsesi.info