Avropadakı aksiyalara daha bir ölkənin fermerləri qoşulur

  • By admin
  • 05 Fevral 2024 13:05

Slovakiya fermerləri son həftələrdə bir çox ölkəni sarsıdan etiraz aksiyalarında avropalı həmkarlarına qoşulmağa hazırdırlar.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Slovakiyanın Kənd Təsərrüfatı və Ərzaq Palatası (SPPK) istinadən “Euractiv” yayıb.

SPPK hesab edir ki, Brüssel və onun yaşıl siyasəti avropalı fermerlərin acınacaqlı vəziyyətinin mərkəzində dayanır.

Keçən həftə Avropa Komissiyası bəzi fermerlərin tələblərini yerinə yetirib və Ukraynanın Avropa İttifaqına (Aİ) kənd təsərrüfatı məhsullarının ixracına idxal rüsumlarının və kvotaların dayandırılmasının daha bir il müddətinə, lakin məhdudiyyətlərlə uzadılmasını təklif edib. Həmçinin Aİ fermerlərinə təsərrüfatların 2024-cü ilin sonuna qədər torpaqları boş buraxmasını tələb edən qaydalardan azad olmalarını davam etdirməyə icazə vermək təklif edilib.

Lakin Slovak fermerləri bu cür güzəştləri “yalançı güzəştlər” hesab edir və SPPK sədri Emil Maço onları “həm Avropa, həm də Slovak fermerləri üçün son damla” adlandırıb.

Maço bildirib ki, slovakiyalı fermerlər etiraza hazırdırlar və öz hərəkətlərini qonşu Vışeqrad Dördlüyü ölkələrinin fermerləri ilə əlaqələndirəcəklər. O, həmçinin Almaniya, Fransa, İtaliya, İspaniya, Rumıniya, Polşa, Yunanıstan, Portuqaliya və Hollandiyada fermerlərin etdikləri kimi, küçələrə “yüzlərlə traktor” çıxaracaqları barədə xəbərdarlıq edir.

Xatırladaq ki, Polşanın kənd təsərrüfatı naziri Çeslav Sekierski sərhəd yoxlamaları zamanı Ukraynadan həddən artıq kənd təsərrüfatı məhsullarının idxalının aşkarlandığını bildirib.

Gununsesi.info