Avropadan Belarus liderinə sanksiya ultimatumu: “Münasibətlərə yenidən baxılacaq…”

  • By arzu
  • 12 Avqust 2020 17:51
Moderator.az TACC-a istinadən xəbər verir ki, Avropa Birliyi Belarusdakı seçkiləri nə azad, nə də ədalətli hesab etmir və polis zorakılığına məsul olanlara qarşı sanksiya tətbiq etmə ehtimalını araşdırır.
Bu, AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Jozep Borrellin, AB-nin bütün 27 ölkəsinin xarici işlər nazirləri ilə razılaşdırdığı çərşənbə axşamı yayımlanan açıqlamasında deyilir.
“Belarusda seçkilər nə azad, nə də ədalətli keçirildi. Hakimiyyət, ən azı bir nəfərin ölümü və bir çoxunun yaralanması ilə nəticələnən qeyri bərabər və qəbul olunmayan zorakılığa əl atdı. Minlərlə insan tutuldu, sərbəst toplaşmaq və mətbuat azadlığı pozuldu. Biz Belarus hakimiyyətini bütün məhbusları dərhal və qeyd-şərtsiz sərbəst buraxmağa çağırırıq”- deyə şərhdə bildirilir.
“Biz bu vəziyyətdə Belarus hakimiyyət orqanlarının hərəkətlərini öyrənəcəyik və Belarus ilə münasibətlərimizə yenidən baxıb dərin qiymətləndirmə aparacağıq. O cümlədən, zorakılığa, həbslərə və seçki nəticələrinin saxtalaşdırılmasına məsul olanlara qarşı ünvanlı ölçülər görülməsi də ola bilər”- deyilir.

Gununsesi.org