Avropadan qaçqın statusu alan şəxslər geri qaytarıla bilər - MİQRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ EKSPERT

  • By admin
  • 01 Fevral 2022 23:19

Azərbaycanın baş prokuroru Əliyevin Berlində almaniyalı həmkarı  ilə görüşü sosial şəbəkələrin və medianın diqqətindən yayınmadı.

Müşahidəçilər hesab edir ki, Almaniya hökumətinin bu ölkəyə sığınan şəxslərə oturum verməkdən imtinası və onları deport etməsi  halları daha da kütləviləşə bilər.

 

Hazırda Almaniyada yaşayan miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev Gununsesi.info-ya bu mövzudan danışıb.

 

Əlövsət bəy, iddialara görə, Kamran Əliyevin Almaniya səfərindən sonra oradan kütləvi deport başlayacaq. Bu nə dərəcədə realdır? Özəlliklə, söyüşlə mübarizə aparanlardan söhbət gedir…

 

 

–  Mətbuata verilən açıqlamalardan görünür ki,  görüş zamanı terrorçuluqla mübarizə, qanunsuz miqrasiya, nifrət zəminində törədilmiş cinayətlər, məişət zorakılığı, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, korrupsiya cinayətləri, qarşılıqlı maraq doğuran bir sıra məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Yəni,müzakirə olunan məsələrdən Azərbaycandan qanunsuz miqrasiya və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması Almaniyanın hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir.
Prokurorların görüşünün Almaniyada məskunlaşan və öyünü siyasi bloger hesab edən şəxslərin Azərbaycana qaytarılması məqsədilə keçirilməsi mümkün deyil. Təbii ki, bu məsələ başqa formada müzakirə oluna bilər.
Eyni zamanda “siyasi fəaliyyəti”ndən asılı olmayaraq aşağıdakı şəxslərə qaçqın statusu verilmir və onların Azərbaycana qaytarılması mümkündür:
– sülhə, bəşəriyyətə və ya insanlığa qarşı cinayət törətdiyi müəyyənləşdirilmiş şəxsə;
– sığınacaq istədiyi ölkənin ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsə;
Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətməkdə təqsirli hesab olunan şəxslər.

 

 

–  Bəs, Almaniyadan, Avropanın digər ölkələrində qaçqın statusu almış şəxslər necə, geriyə qaytarılması barədə presedent olubmu?

 

–  Almaniyada qaçqın statusu verilmiş şəxsin Azərbaycana qaytarılması kimi bir təcrübə mövcud olmasa da bu, mümkündür. Bu ilk olaraq şəxsin qacqın statusundan məhrum edilməsindən sonra baş verə bilər. Bildiyimə görə,şəxs qaçqın statusundan aşağıdakı hallarda məhrum edilir:
– dövlət təhlükəsizliyi və ya ictimai qayda üçün qorxu törətdikdə;
– Qaçqın statusunu bilərəkdən yalan məlumat və ya saxta sənədlər təqdim etmək nəticəsində əldə etmiş olduqda;
ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş müddətə azadlıqdan məhrum edildikdə və ya ömürlük azadlıqdan məhrum edildikdə.
Qaçqın statusu almaq üçün ərizə vermiş şəxs onun məsələsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilənədək başqa ölkəyə göndərilə bilməz, verilə və ya məcburən qaytarıla bilməz.
Qaçqın statusundan məhrum etmək, qaçqını, eləcə də qaçqın statusu istəyən şəxsi başqa ölkəyə göndərmək, vermək və ya məcburən qaytarmaq barəsində qərarı məhkəmə prokurorluğun müraciəti əsasında qəbul edə bilər.

 

Gununsesi.info