Avropa xarici işlər nazirləri növbəti həftə Rusiyaya qarşı sanksiyalar qəbul etməyə hazırlaşır. Gununsesi.info xəbər verir ki, toplantıda Moskvaya qarşı qəbul edilən qadağaların müddətinin daha da uzadılması nəzərdə tutulur.
Bir müddət əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forumda çıxış edən Avropa Şurasının Prezidenti Jan Klod Yunker Rusiyaya tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini bildirmişdi. Nitqində Rusiya və digər ölkələrin Minsk müqaviləsinin bütün şərtlərini yerinə yetirməsinin vacibliyini söyləyən AŞ Prezidenti Kremlə tətbiq olunan sanksiyaların yalnız bu yolla aradan qaldırıla biləcəyini qeyd etmişdi.
Rusya isə iqtisadi sanskiyalar uzadılacağı təqdirdə buna müvafiq olaraq idxalına qadağa qoyduğu Avropa məhsullarının yerli məhsullarla əvəz etməyi planlaşdırır. (Euronews)
Arzu Səyyad