
Avropa Parlamentinin Xarici işlər Komitəsində Türkiyənin, Gürcüstanın, Ukrayna və Kosova vətəndaşlarına viza rejimin ləğv edilməsi məsləsinə baxılıb və bu zaman avroparlamentarilər Türk vətəndaşlarına qarşı viz rejimin ləğv edilməsinin əleyhinə çıxış ediblər. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, avropalı parlamentarilər bəyan ediblər ki, Türkiyə, Ukrayna və Kosova vətəndaşlarına qarşı viza rejiminin ləğv edilməsi məsləsi Gürcüstanla eyni paketdə baxılmamalıdır. Avropalı parlamentarilər hesab edirlər ki, Gürcüstan digər ölkələrdən fərqli olaraq Avropa İttifaqının viza rejiminin liberallaşdırılması ilə bağlı bütüb tələblərinə yerinə yetirdiyindən, bu ölkə tez bir zamanda vizasız rejim əldə etməyə layiqdir. Türkiyə, Ukrayna və Kosovo isə tələb olunan öhdəlikləri yerinə yetirə bilmədiyindən bu ölkələrə qarşı vizasız rejimin tətbiqi prosesi uzadılacaq.
Gununsesi.info