“Avropanı çox pis gələcək gözləyir” - NUMAN KURTULMUŞ

  • By admin
  • 21 Mart 2017 10:32

numan kurtulmus

Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş faşizmin və nasizmin Almaniyaya girməsi ilə bağlı həyəcan təbili çalaraq, Ankaranın həm faşizmin, həm də nasizmin ayaq səslərini eşitdiyini bildirib.

Gununsesi.info Hurriyet.com.tr-yə istinadən xəbər verir ki, bunu o, Ankarada keçirdiyi mətbuat konfransında deyib.

“Biz bunu avropalı dostlarımıza üçün narahat olduğumuza görə deyirik. Qoy onlar özlərinə gəlsinlər, bizimlə söyüşmək lazım deyil. Əgər kimsə “Türklər, çıxın bayıra!” deyə qışqırarsa, bundan daha çox özü ziyan çəkər. Biz faşizmin ayaq səslərini eşidirik, buna qarşı tədbir görmək lazımdır. Biz Almaniyanın yenidən həmin tələyə düşə biləcəyindən narahatıq. 3 nəsildir Almaniyada yaşayan, həm də öz vətəndaşın olan insanları yad göstərmək doğru deyil. Belə davam edərsə, Avropanı çox pis gələcək gözləyir”, deyə o əlavə edib.

Gununsesi.info