
Otel binaları uzun əsrlərdir ki, olduqca vacib tikililərdən sayılır. Günümüzdə dünyada elə mehmanxanalar vardır ki, onlar öz görüntüsü, yaxud əvvəllər daşıdığı funksiyaya görə digərlərindən fərqlənir.
Gununsesi.info Avropanın ən qeyri-adi otellərini oxucularına təqdim edir.
Spitbank Fort Otel

Portsmouth limanını III Napaleonun hücumlarından qorumaq məqsədilə ingilislər tərəfindən inşa edilmiş Spitbank qalası hazırda otel olaraq fəaliyyət göstərir. Doqquz lüks otaqdan ibarətdir.
The Beermoth

Bu otel köhnə nəqliyyat vasitəsində yerləşir. Dəbdəbədən tamamilə uzaqdır.
Hayema Heerd

Bu otel Hollandiyanın şimalındakı Groningen şəhəri yaxınlığında yerləşir. Oteldə yataqlar inanılmaz rahat və yumşaq samanlardan hazırlanıb.
Faralda Crane Hotel

Amsterdamda şəhərin mənzərəsini turistlərin ayağına gətirən bir çox otel mövcuddur. Faralda Crane də onlardan biridir. Lakin kranda yerləşməsi ilə digərlərindən fərqlənir.
Lindervint

Şərab aşiqlərinin çox sevdiyi bu otel Almaniyada yerləşir. XVI əsrdə inşa edilmiş otel əsrlərdir ki, öz məşhurluğunu daha da artırır.
Hüttenpalast

Karvanda yaşamaq istəyənlər üçün əvəzsiz bir seçimdir. Berlində yerləşən bu otel binası əvvəllər tozsoran fabriki kimi fəaliyyət göstərib.
Gununsesi.info










