Avropanın ən böyük aviaşirkəti iflic oldu

Almaniyanın “Lufthansa Group” şirkəti İT sistemindəki nasazlıq səbəbindən bütün dünya üzrə uçuşları kütləvi şəkildə təxirə salır və ləğv edir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Problemin elektron qeydiyyat sistemində olduğu qeyd edilir. Nasazlıq səbəbindən aviaşirkətin işçiləri sərnişinləri və onların baqajını qələm və kağızdan istifadə etməklə əl ilə yoxlamalıdırlar.

“Hazırda “Lufthansa Group” hava yolları İT sistemlərində nasazlıqlar yaşayır. Bu, uçuşların gecikmələri və ləğvi ilə nəticələnir. Bunun sərnişinlərimizə yaratdığı narahatlığa görə təəssüflənirik”, – aviaşirkətin açıqlamasında deyilir.

“Lufthansa Group” Avropanın ən böyük aviasiya konsernidir.

Gununsesi.info