Rusiyanın sənaye və ticarət naziri və baş nazirin müavini Denis Manturov Avropanın 500 ən böyük şirkətindən 100-nün Rusiya bazarını tərk etdiyini açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (“VDNX”) “Rusiya” sərgisində çıxış edən Manturov bildirib ki, Avropanın 500 ən böyük şirkətinin yalnız 20 faizi Rusiyadandır.
Baş nazirin müavini ABŞ-ın 350 ən böyük şirkətindən 66-nın Rusiyanı tərk etdiyini deyib.
Gununsesi.info