Avropanın bir çox hissəsini su basması nəticəsində 5 milyon insan evini itirməli olacaq.
Gununsesi.info RT-yə istinadən xəbər verir ki, Avropa Komissiyasının Birləşmiş təqiqatlar mərkəzinin mütəxəssislərinin apardığı araşdırmaya görə, 21-ci əsrin sonunda baş verə biləcək daşqınlar nəticəsində 5 milyon öz yaşayış yerərini itirməli olacaq.
Alimlərin fikrincə, qlobal istiləşmə Şimal və Baltik dənizi kritik həddədək qalxması səbəbindən
Avropanın sahil əraziləri su altında qalacaq.
İqlim və meteorologiya kafedrasının müdiri Aleksandr Kiselyov hesab edir ki, əksər Avropa ölkələri texniki cəhətdən iqlim dəyişikliyinə hazır deyil: “Ona görə də bu iqlim dəyişikliyi ilə bağlı kataklizmlərə indidən hazırlaşmaq lazımdır. Buna Avropa ölkələrindən ancaq Niderland hazırdır. Niderland hökuməti belə təhlükənin qarşısını almaq məqsədi ilə unikal şlyüz sistemi tikib. Belə bir sistem Sankt-Peterburqda da qurulub. Ona görə də sankt-Peterburqu belə bir təhlükə gözləmir”.
Gununsesi.info