Serbiyanın Novi Sad şəhəri 2022-ci ildə Avropa mədəniyyətinin paytaxtı seçilib.
Gununsesi.info xəbər verir ki, Voyvodina muxtar vilayətinin inzibati mərkəzi olan Novi Sad Serbiyanın ikinci ən böyük şəhəridir.
Şəhərin əsası 1694-cü ildə qoyulub və Osmanlı imperiyasının dövründə Avstriya-Macarıstan ərazisində Serbiya mədəniyyətinin mərkəzi sayılıb.
Dunay çayının hər iki sahilində yerləşən şəhəri ölkədə “Serbiya Afinası” adlandırırlar.
Gununsesi.info