
Son illər Avropada təhsil almaq istəyən Azərbaycan gənclərinin sayı durmadan artır. Xaricdə təhsilə üz tutanlar isə daha çox təqaüdlü proqramlar axtarışına çıxır.
Patterson Tədris Akademiyasının rəhbəri Gülnar Şirinova “Gununsesi.org”a açıqlamasında xaricdə təhsil almaq istəyən gənclərə yardımçı olduqlarını deyir. Onun sözlərinə görə, rəhbəri olduğu tədris mərkəzi bu istəkdə olan gənclərə həm də təqaüdlü təhsil almaq imkanı yaradır: “Bakalavr və magistr pillələri üçün namizədlərə əlverişli xidmət paketi təklif edirik. Qeyd edim ki, ödənişsiz konsultasiya, universitetlər, ixtisaslar və yaşam xərcləri haqqında geniş prezentasiyalar, Foundation və A level səviyyələri üzrə qəbul, göstəricilərimizə uyğun istədiyiniz ixtisas üzrə qəbul, təqaüdlü (Niderland, Italiya, Finlandiya, Almaniya, Çin və ABŞ) təhsil imkanları, qarşılanma, qalacaq yərlərin təşkili, ev , ödənişsiz yataqxana, ödənişsiz təhsil və bütün növ sənədləşmədə köməklik xidmətlərimizə daxildir”.
Gununsesi.org