“Avropanın rəsmi Kiyevə təsir göstərəcəyinə ümid edirik” - SERGEY LAVROV

  • By admin
  • 25 Aprel 2017 08:28

lavrov

Minsk razılaşmalarının yerinə yetirilməsi üçün Avropanın rəsmi Kiyevə təsir göstərəcəyinə ümid edirik.

Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Federika Moqerini ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir Rusiyanın Minsk razılaşmasının qarantı olaraq üzərinə düşən vəzifələri icra etməyə hazır olduğunu bildirib: “Kiyev öhdəlikləri yerinə yetirməyə başlayanda Luqansk və Donetskin də eyni şəkildə addım atması üçün hərəkətə keçəcəyik”.

Lavrov eyni zamanda bildirib ki, dünən Donetskdə ATƏT-in avtomobilində baş verən partlayış müqavilənin şərtlərinə əməl etmənin önəmini bir daha göstərdi.

Gununsesi.info