Avropanın Rusiya qazına tələbatı artıb

  • By admin
  • 17 Aprel 2017 15:38

1442214875_gazprom_7

Rusiyanın “Gazprom” şirkəti 2017-ci ilin I rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz hasilatını 12,5% artıraraq  144.9 milyard kub metrə çatdırıb.

Gununsesi.info bunu Caspian Barrel-ə istinadən bildirir.

Şirkətin məlumatında qeyd olunur ki, rüb ərzində hasilat artımı 16,1 milyard kubmetr təşkil edib. İlin sonuna isə “Gazprom” qaz hasilat artımının davamlı olacağını gözləyir. 2016-cı ildə şirkətin qaz hasilatı 419,07 milyard kubmetr təşkil etmişdi.

Şirkət bildirib ki, I rüb ərzində “Qazprom”un uzaq xarici ölkələrə qaz ixracı 14,7% artaraq 58,5 milyard kubmetr təşkil edib.

Rusiya qazına artan tələbat yeni qaz kəməri “Nord Stream-2” üzərindən çatdırılması nəzərdə tutulan ölkələrdə müşahidə edilmişdir: Almaniya ixrac 18,7% , Avstriyaya 68.5% və Danimarkaya 30.5% artıb.

Qeyd edək ki, mart ayında “Gazprom Export” şirkətinin rəhbəru Aleksandr Medvedev bəyan etmişdi ki, 2017-ci ildə “Gazprom” qaz ixracından gəlirlərinin 16% artırarar 35 milyard dollara çatdırmağı proqnozlaşdırır.

Rusiya Federal Antimonopol Xidmetinim hesabatına gore, mart ayinda “Gazprom”un uzaq xarice satdığı qazın orta qiyməti 1000 üçün 206 dollar olub. Aprel ayının ilk ongünlüyü üzrə məlumatlar isə qazın qiymətinin 211 dollara qədər bahalaşdığını göstərir.

Vüsalə Rüstəmova

Gununsesi.info