Avropa Şurasının baş katibi Alein Berset Yerevanda təşkil olunan Avropa İttifaqının 8-ci Zirvə Sammitində mühüm bəyanatlar verib.
Gununsesi.info-nun xəbərinə görə, baş katib çıxışında bildirib ki, Avropa müdafiə səyləri fonunda demokratik təhlükəsizliyə laqeyd yanaşmamalıdır:
“Avropa demokratiya, insan haqları və qanunun aliliyini sonraya buraxaraq müdafiəyə böyük sərmayə qoya bilməz. Avropanın təhlükəsizliyi təkcə hərbi gücdən deyil, həm də demokratik möhkəmlikdən və onun ümumi hüquqi məkanının gücündən asılıdır. Demokratik təhlükəsizliyin qanunla təmin edilməsi heç bir ölkənin təkbaşına mübarizə apara bilməyəcəyi bugünkü hibrid təhdidlərə cavabdır”.
Günay Mahirqızı
Gununsesi.info












