Avropaya Rusiyadan neft və qaz almağa qayıtmaq tövsiyə olunub

  • By Admin2
  • 06 Mart 2026 09:36

Avropa İttifaqı Rusiya qazı və neftinin alınmasını bərpa etməli və Şimal Axını qaz kəmərini bərpa etməlidir.

Gununsesi.info xəbər verir ki, bunu Megaupload və Mega fayl paylaşma xidmətlərinin təsisçisi, Kim Dotcom kimi də tanınan Kim Şmitz özünün X səhifəsində yazıb.

” Aİ-yə məsləhətim : Ukraynaya daha 90 milyard avro ödəmək əvəzinə Rusiya neft və qazını alın və Şimal Axınını bərpa edin. Rusiya ilə sülh bağlamaq düşündüyünüzdən daha asandır. Zelenski  artıq populyar deyil. Onu yalnız botlar sevir. Digər tərəfdən, Putin əsl liderdir. Yeganə yol budur”, – deyə o qeyd edib.

Qeyd edək ki. 26 yanvar 2026-cı ildə Avropa İttifaqı Şurası 1 yanvar 2027-ci il tarixindən etibarən Rusiya qazının Avropa İttifaqına tədarükünün tamamilə qadağan edilməsini rəsmi olaraq təsdiqlədi. 2027-ci ilin sonuna qədər Avropa Komissiyası Rusiya neftinin idxalını tədricən dayandırmaq üçün qanun layihəsi təklif etmək niyyətindədir.

Gununsesi.info