“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa edəcəyi mahnı təqdim olunub.
Gununsesi.info xəbər verir ki, mahnı müsabiqənin rəsmi yutub səhifəsində təqdim olunub.
Mahnının müəllifi bu il ölkəmizi Avroviziyada təmsil edəcək Fahree – Fəxri İsmayılov özüdür.
Müasir pop və ənənəvi etnik musiqi janrlarını özündə birləşdirən mahnının üzərində Fahree ilə birgə gənc, istedadlı yerli musiqiçilər – Mado Salikh, Edqar Ravin, Həsən Heydər və Mila Miles çalışıblar.
Mahnının muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edib.
Xatırladaq ki, təmsilçilərimiz İsveçin Malmö şəhərində mayın 7-də səhnəyə çıxacaqlar.