“Avroviziya” təmsilçimiz bəlli oldu

  • By admin
  • 16 Fevral 2022 10:12

“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin kimliyi müəyyənləşib.

Bu barədə Gununsesi.info-ya İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində “Səs Azərbaycan” müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Avroviziya-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.

Gununsesi.info