
Türkiyənin Ayvalık bölgəsində-gözdən uzaq bir məkanda istirahət edən aktrisa Hülya Avşar dərman almağa imkanı olmayan şəxsə kömək edib.
Gununsesi.info xəbər verir ki, uşaqları ilə birgə istirahət edən bir qadının qəfl halı pisləşib və mədəsində ağrıları başlayıb. Aptekə gedərək dərman almaq istəyən qadına əczaçı “siz verən pula mədə dərmanı yoxdur” deyərək cavab verib. Bu zaman təsadüfən aptekdə olan Hülya Avşar “siz ehtiyac olanı alın, pulunu mən verərəm” deyib.
Xanım isə “Hülya xanımın daxili də, zahiri kimi gözəldir, nə qədər təşəkkür etsəm, azdır”- deyə, bildirib.
Sevinc Xeyrulla