Avstraliya hakimiyyəti SARS-CoV-2 epidemiyası səbəbindən yaşayış icazəsi olmayan əcnəbilər üçün sərhədi bağlamaq qərarına gəlib.
Gununsesi.org-un “Röyters”ə istinadən məlumatına görə, ölkənin Baş Naziri Skott Morrison bildirib ki, Avstraliyada koronavirusa yoluxma hallarının əksəriyyəti xaricdən gələnlərdə aşkarlanıb.
Qeyd edək ki, ümumilikdə Avstraliyada 636 xəstəlik hadisəsi aşkar edilib, 43 xəstə sağalıb, ikisi ölüb, birinin vəziyyəti ağırdır.
Gununsesi.org