Avstraliyada atışma, 2 nəfər öldü – VİDEO

  • By admin
  • 17 Aprel 2021 19:51

Avstraliyanın Kabulçer şəhərində (Kvinslend ştatı) atışma nəticəsində azı iki nəfər dünyasını dəyişib.

Bu barədə Gununsesi.info ABC telekanalına istinadən xəbər verir.

İki kişi aldıqları xəsarətlərdən xəstəxanada vəfat edib.

Cinayətdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərəkətlərinin motivləri hələ müəyyənləşdirilməyib.

Cinayət yerində kriminalistlər işləyirlər.

 

Gununsesi.info