Avstraliyada bir evin bağçasında 102 zəhərli ilan tapılıb

  • By Admin2
  • 08 Fevral 2025 13:00

Avstraliyada bir evin həyətindəki ot tayalarının arasından 102 zəhərli ilan tapılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Avstraliyanın Sidney şəhərində bir evin bağçasında ot tayalarından zəhərli ilanlar çıxıb .

İtini ilan sancdıqdan sonra ev sahibi həyətində bir neçə ilan görüb və komandanı çağırıb. Hadisə yerinə gələn sürünənlərin xilasetmə qrupu ot tayasında onlarla ilan tapıb.

Komanda ilanları çıxararkən, qoyduğu çantada 4 ilan bala verib. Komandalar 97-si yeni doğulmuş cəmi 102 ilanı təbiətə buraxmaq üçün bağdan çıxarıblar.

Sürünən xilasetmə şirkətinin sahibi Cory Kerewaro ilanların üç saat ərzində toplana biləcəyini və aşkarlanan qırmızı qarınlı qara ilanların zəhərli bir növ olduğunu söylədi. Kerewaro, bunun normal olaraq gündə 5-15 sürünən tutan komandalar üçün rekord rəqəm olduğunu deyib.

Qeyd edək ki, Avstraliyada tez-tez görülən qırmızı qarınlı qara ilanların dişləmələri səbəbindən bu günə qədər heç bir ölüm halının qeydə alınmadığı bildirilir. İlan sancması nəticəsində dişlənmiş nahiyədə şişlik, ürəkbulanma və ishal baş verə bilər.

Orxan Saffari

Gununsesi.info