Avstraliyada daşqınlar səbəbi ilə minlərlə insan evakuasiya edilib

  • By admin
  • 22 Mart 2021 21:51

Avstraliyanın şərqindəki Yeni Cənubi Uels şatının səlahiyyətliləri bazar ertəsi gününə qədər 18 000 adamın evakuasiya edildiyini və yüz gün davam edən güclü yağışların bölgədəki son 60 ildə ən dəhşətli daşqına səbəb olduqdan sonra yüzlərlə insanın xilas edilməsinin vacibliyini vurğulayıb.

Ucqar bölgələrdən alınan şəkillərdə yalnız damların suyun üstündə olduğu görünür.

Bəzi bölgələrdə fövqəladə hallar işçiləri qapalı qalan insanlara çatmaq üçün “Surf Lifesaving” okean xilasetmə gəmilərindən istifadə edib.

İndiyə qədər ölüm və ya ciddi xəsarətlər barədə məlumat verilməyib.

Baş nazir Skott Morrison Parlamentə Yeni Cənubi Uelsin şimalındakı 35 icmanın təcrid olunduğunu və təcili yardım xidmətlərinin 700-dən çox daşqın xilasetmə işi apardığını bildirib.

Yalnız bir il əvvəl eyni bölgədə, Avstraliyanın ən sıx ştatının əksəriyyətini bürüyən quraqlıqdan sonra görünməmiş meşə yanğınları baş vermişdi.

Sinoptiklərin bildirdiyinə görə, 1929-cu ildən bəri ən ağır daşqınla üzləşən ştatın orta şimal sahillərində çərşənbə axşamı günü də leysan yağışlar yağacaq.

Avstraliya Meteorologiya Bürosunun daşqın mütəxəssisi Castin Robinson ştatın paytaxtı Sidneyin şimal-qərbindəki Hawkesbury çayı boyunca yaşayan icmaların da 1961-ci ildən bəri ən ağır daşqınlara məruz qaldığını deyib.

Robinson Sidneyin Nepean çayı səviyyəsinin bazar gününün sonlarında 1961-ci ilin rekordundan daha yüksək səviyyəyə çatdığını bildirib.

Gununsesi.info