Avstraliyada yumurta ölçüsündə dolu yağdı – Evlərin və maşınların şüşələrini qırdı - VİDEOLAR

  • By arzu
  • 18 Noyabr 2019 10:56

Avstraliyanın Kvinslend şəhərində toyuq yumurtası ölçüsündə dolu yağıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “The Watchers” və “7News” telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, dolu avtomobillərin, evlərin və müəssisələrin şüşələrini sındırıb.

Təbii fəlakət nəticəsində ştatda 20 mindən artıq ev işıqsız qalıb.

 “The Watchers” portalı isə bildirib ki, “nəhəng dolu və dağıdıcı küləklər” haqqında xəbərdarlıq Qrimpi şəhərindən Brisbenin cənub hissəsinə qədər yaşayış məntəqələrinə aid edilib. Belə hadisələrlə Kvinslend ştatının cənubunda Sanşayn-Kostaların rayonununda sakinləri qarşılaşıblar. Bu halda sürəti saniyədə 16 metrə qədər çatan güclü külək ştatın başqa rayonlarında da qeydə alınıb.

ABC telekanalı öz növbəsində bildirib ki, güclü külək ölkənin cənub-şərqində demək olar, 20 min evielektriksiz qoyub.

 


 

Gununsesi.org