Avstraliyalı dənizçi və iti iki ay dənizdə qaldıqdan sonra xilas ediliblər

Çiy balıq yeyib, yağış suyu içməklə Sakit okeanda iki ay sağ qalmağı bacarmış avstraliyalı dənizçinin səhhəti “çox yaxşıdır”, onu müayinə edən həkim belə deyib.

Gununsesi.info xəbər verir ki, Sidney sakini, 51 yaşlı Tim Shaddock və iti Bella aprel ayında Meksikadan Fransız Polineziyasına getmək üçün çıxıblar, lakin onların qayığı bir neçə həftə sonra fırtınaya düşərək zədələnib.

Onlar bu həftə helikopter onları gördükdən sonra xilas ediliblər.

Xilasedici Tuna gəmisinin göyərtəsində olan həkim Avstraliyanın 9News telekanalına bildirib ki, adamın ümumi vəziyyəti normaldır.

Cənab Shaddock Meksikanın La Paz şəhərindən 6 min kilometrdən çox məsəfəyə səyahətə çıxıb – lakin hava şəraiti pisləşdiyi üçün gəmisinin elektronikası sıradan çıxıb və o, köməksiz qalıb.

Dalğalar onun gəmisini Şimali Sakit okeanda sürükləyib. Nəhayət, iki ay sonra onlar Meksika sahillərində tapılarkən, o, çox arıq və həddindən artıq saqqallı olub.

9News-un əldə etdiyi videoda, avstraliyalı “mən dənizdə çox çətin sınaqdan keçdim” deyir.

“Uzun müddət dənizdə tək qaldığım üçün sadəcə istirahətə və yaxşı yeməyə ehtiyacım var”, – xilas olunmuş dənizçi deyib.

Tim Shaddock vurğulayıb ki, balıqçılıq alətləri ona sağ qalmağa kömək edib.

O, həmçinin qayığın çətirinin altına sığınaraq günəş yanığından qorunmağı bacarıb.

Tuna gəmisi indi Meksikaya qayıdır, burada cənab Shaddock tibbi testlərdən keçəcək və lazım gələrsə, daha çox müalicə alacaq.

 

Şəbnəm

Gununsesi.info