Avstraliyanın baş naziri Entoni Albanese Böyük Britaniyada saxlanılan “WikiLeaks”in qurucusu Culian Assanjın vətəndaşı olduğu Avstraliyaya qayıtmaq arzusunda olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, baş nazir bu barədə Sidneydəki Amerika radiostansiyalarından birində deyib.
“Mən bunu həm özəl, həm də açıq şəkildə bildirdim. Bəsdir, Culian Assanj ın evə qayıtma vaxtıdır”, – deyə o qeyd edib.
Albanese qeyd edib ki, o, işi onun xeyrinə həll edəcək strategiyanı müəyyən etmək üçün Assanjın hüquq komandası ilə mütəmadi olaraq görüşür.
O bildirib ki, Avstraliya hökuməti diplomatik kanallar vasitəsilə hər iki ölkə ilə əlaqə saxlayır və nəticə əldə etməyə çalışır.
Ötən həftə Avstraliya Parlamenti Avstraliya vətəndaşı Assanjın ölkəsinə qayıtmasına icazə verilməsini tələb edən qətnamə qəbul edib.
Culian Assanj avstraliyalı jurnalist və teleaparıcı, “WikiLeaks” saytının yaradıcısıdır.
2010-cu il oktyabrın 28-də “WikiLeaks” ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətləri sübut edən 251 min gizli sənəd dərc edib.
11 aprel 2019-cu ildə Assanj Britaniya polisi tərəfindən həbs edilib və 2012-ci ilin iyun ayından gizləndiyi Ekvadorun Londondakı səfirliyindən çıxarılıb.
2021-ci il dekabrın 10-da Ali Məhkəmə Assancın ABŞ-a ekstradisiya oluna biləcəyinə qərar verib.
Vestminster Magistrates Məhkəməsi 20 aprel 2022-ci ildə ekstradisiya qərarı verdikdən sonra o zamankı daxili işlər naziri Priti Patel Assanj ın 17 iyun 2022-ci ildə ABŞ-a ekstradisiyasını təsdiqləyib.
Assanjın vəkilləri də 1 iyul 2022-ci il tarixli qərardan Ali Məhkəməyə şikayət verib. London Ali Məhkəməsi dünən Assanjın ABŞ-a ekstradisiyasına dair qərardan verilən apellyasiya şikayəti üzrə dinləmələrə başlayıb.
Assanj hazırda Belmarş yüksək rejimli həbsxanada saxlanılır.
Gununsesi.info