Avstriya kansleri: “Bu, Ərdoğanın AB-yə hücumudur”

  • By admin
  • 05 Mart 2020 12:20

Avstriya Federal Kansleri Sebastian Kurtz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Ankaranın xarici siyasətini yeni miqrasiya böhranı fonunda tənqid edib.

Gununsesi.org xəbər verir ki, bu haqda o N-TV kanalına açıqlamasında deyib. Kurtzun sözlərinə görə, Türkiyə hakimiyyəti bunun üçün qaçqın və miqrantlardan istifadə edərək “Avropaya hücum təşkil etməyə” çalışır.

“Ərdoğan insanlardan öz məqsədləri üçün istifadə edir. Qaçqınların və miqrantların köməyi ilə Avropa Birliyinə və Yunanıstana təzyiq göstərməyə çalışır. Bu, AB-yə hücum cəhdidir”, – kansler deyib.

Gununsesi.org