Avstriyada parlament seçkilərinin ilkin nəticələri məlum olub

  • By admin
  • 29 Sentyabr 2019 22:14

Bu gün Avstriyada keçirilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.

Gununsesi.org-un ORF telekanalına istinadən verdiyi məlumata görə, Sebastian Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası səslərin 37 faizini toplayıb.

İkinci yerdə 22 faiz səslə Sosial-Demokrat Partiyası, üçüncü yerdə isə 16 faiz səslə Azadlıq Partiyası qərarlaşıb.

S. Kurtsun qələbəsini exit-pollun nəticələri də təsdiqləyir.

 

 

Gununsesi.org