Avstryanın qubernatoru Bakıya gələcək

  • By admin
  • 10 Avqust 2017 13:44

15023519823495934546_1000x669

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Pert şəhərində Qərbi Avstraliyanın qubernatoru Kerri Sandersonla görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, görüş zamanı konsul Azərbaycan və Avstraliya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi üzrə görülən işlər barədə məlumatları qubernatorun diqqətinə çatdırıb.

Fəxri konsul qeyd edib ki, bu ilin oktyabr ayında Bakıda birinci Azərbaycan-Avstraliya biznes forumu keçiriləcək və bu forumda Avstraliyadan onlarla iş adamının iştirakı planlaşdırılır.

Qubernator Azərbaycanın siyasi, iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və ölkəmizə səfər etmək arzusunu bildirib. O, həmçinin iki dövlət arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib və oktyabr ayında keçiriləcək biznes forumun bunun üçün yaxşı imkanlar yaradacağını vurğulayıb.

Kerri Sanderson Qərbi Avstraliyanın 32-ci qubernatoru, ərazisinə görə ölkənin ən böyük ştatında kraliça II Yelizavetanın nümayəndəsidir. Ştat qubernatoru Qərbi Avstraliya Baş nazirinin təqdimatı ilə Kraliça tərəfindən təyin olunur.

Gülnaz Qənbərli

Gununsesi.info