Avto-nəqliyyat vasitələrinin qeydiyyatı üçün dövlət rüsumu artırıldı

  • By admin
  • 06 İyun 2018 11:46

Azərbaycanda avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu artırılır.
Bu, “Dövlət Rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksində tapıb.
Layihəyə əsasən, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə rüsum 25 manatadək artırılır.
Qeyd edək ki, qüvvədə olan qanuna görə avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu 17 manatdır.
mənbə. Moderator.az