Avtobus dərəyə yuvarlandı – 20 NƏFƏR ÖLDÜ

  • By admin
  • 20 İyul 2017 10:28
Без названия
Avtobusun dağdan uçması nəticəsində 20-dən artıq  insan dünyasını dəyişib. Hadisə     Hundistanın şimalında Xiçamal-Pradeş ştatında baş verib.
Gununsesi.info RİA-Novosti-yə istinadən xəbər verir ki, Kinnaur  əyalətindən Solan əyalətinə hərəkət edən avtobus Rampur şəhərində yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzanın səbəbi bəlli olmasa da, hadisə nəticəsində ölənlərin sayı 20 nəfəri keçib.
Ölənlərin sayının 28-ə çıxacağı istisna edilmir.
Gununsesi.info