Avtobus kanala düşdü: 7 ÖLÜ, 25 YARALI

  • By admin
  • 03 May 2017 10:04

bangladesh_bus_crash_030517

Banqladeşin mərkəzi hissəsində, Tanqayl dairəsinin Dhanbari şəhərində avtobus su kanalına düşüb.

Gununsesi.info-nun məlumatına görə, yol qəzası nəticəsində ən azı 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 9-nun vəziyyəti ağırdır.

Hadisəyə avtobus sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Qeyd edək ki, Banqladeşdə hər il təqribən 10 min nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olur.

Gununsesi.info