
Moskvada avtobusun piyada keçidinə girməsi nəticəsində ölənlərin sayı 5-ə çatıb.
Gununsesi.info xəbər verir ki, ilkin versiyaya əsasən, avtobus ya başqa nəqliyyat vasitəsi ilə toqquşub ya da əyləci tutmayıb.
*** 16.15
Rusiya paytaxtında marşrut avtobusu piyada keçidinə girib.
Hadisə “Slavyanski bulvar” metrosunun yaxınlığında baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Gununsesi.info