
Nepalda sərnişinlə dolu avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 35 nəfər yaralanıb.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib.
Məlumata görə, ölkə paytaxtı Katamndudan Koşipari rayonu istiqamətində hərəkət edən avtobus 150 mertlik yüksəklikdən dərəyə aşıb.
Həkimlər hadisə qurbanlarının sayının artacağından ehtiyat edirlər.
Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.
Gununsesi.info