Avtobus qəzası nəticəsində 34 nəfər öldü - MADAQASKARDA

  • By admin
  • 01 Avqust 2017 20:33

madaqaskar

Madaqaskarın mərkəzi hissəsində baş verən avtobus qəzası nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə France Press agentliyi polisə və tibb işçilərinə istinadla məlumat yayıb. Polisin məlumatına görə, hadisə yerində 12 nəfərin yanmış cəsədi aşkarlanıb. Xəstəxana işçiləri isə öz növbəsində 22 nəfərin öldüyünü təsdiqləyiblər. Yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, avtobusun sürücüsü sağ qalıb.

Gununsesi.info